Bu gün əvəzedici komandaların Azərbaycan çempionatında mövsümün ikinci yarısına start verilib. Sportnet.az-ın məlumatına görə, "Qəbələ” 2018-ci ilə "Qarabağ”la səfər matçı ilə başlayıb. XV turun ilk oyun gününə təsadüf edən qarşılaşma məhsuldar alınıb. Hər iki tərəfin əsas komandanın bəzi oyunçularına da şans verdiyi görüşdə 8 qol vurulub.
Matçın ilk hissəsində meydan sahiblərinin 3 qoluna "qırmızı-qaralar” Kamran Quliyevin topu ilə cavab verib. Fasilədən sonra isə hər komanda iki dəfə fərqlənib. Hissənin əvvəlində "Qarabağ”, matçın sonlarında isə "Qəbələ” bunu bacarıb. Emin İmaməliyevin baş məşqçisi olduğu kollektiv Elvin Məmmədov dubla imza atıb.
Onun ilk qolu "qırmızı-qaralar”ın cari mövsümdə rəqib qapılarından keçirdiyi 50-ci top olub.
Beləliklə, "Qarabağ”la səfər matçında 3:5 hesabı ilə uduzan "Qəbələ"nin əvəzediciləri mövsümdə ikinci məğlubiyyətini alıb. 15 oyundan sonra hesabında 35 xal olan komanda turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.