Topaz Premyer Liqasının X turunun oyunları üçün bütün təyinatlar açıqlanıb.
Sportnet.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, "Qarabağ” – "Sumqayıt” matçını Vüqar Həsənli, "Keşlə” – "Neftçi” oyununu isə Rauf Cabbarov idarə edəcək.
3 noyabr (şənbə)
"Qarabağ” – "Sumqayıt”
Hakimlər: Vüqar Həsənli, Akif Əmirəli, Knyaz Əmiraslanov, Əliyar Ağayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
"Azersun Arena”, 19:00
"Keşlə” – "Neftçi”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Elşad Abdullayev, Sərxan İsmayılov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: Seymur Səlimli
"ASK Arena”, 17:00
4 noyabr (bazar)
"Qəbələ” – "Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Vüqar Bayramov, Mahir Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Qəbələ şəhər stadionu, 17:00
"Zirə” – "Səbail”
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Nahid Xasıyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Bakcell Arena”, 19:00
Qeyd edək ki, turun bütün görüşləri "CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.