Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sabah” komandası üçüncü yoxlama oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Elşad Əhmədovun baş məşqçi olduğu kollektiv Macarıstan MTK-sı ilə qarşılaşıb. Görüş Premyer Liqanın debütantının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Sabah”ın qollarını 25-ci dəqiqədə Vadim Abdullayev, 30-cu dəqiqədə Marko Deviç və 90-cı dəqiqədə Cavid İmamverdiyev vurub.
Oyundan əvvəl 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla anılıb. "Sabah" meydana qara sarğı ilə çıxıb.
Qeyd edək ki, daha öncə Türkiyə “Eskişehirspor”unu 1:0 hesabı ilə məğlub edən “Sabah” Qazaxıstan “Tobol”u ilə heç-heçə edib - 2:2.
--------
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sabah” komandası bu gün üçüncü yoxlama oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, Elşad Əhmədovun baş məşqçi olduğu kollektiv Macarıstan MTK-sı ilə üz-üzə gələcək. Lara qəsəbəsindəki “Titanik” otelinin stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. MTK hazırda Macarıstan çempionatında 18 oyundan 27 xalla 6-cı pillədə qərarlaşıb.
19 yanvar
Yoxlama oyunu
"Sabah"ın start heyəti: 30. Saşa Stamenkoviç, 21. Novruz Məmmədov, 33. Eltun Turabov, 13. Filip İvanoviç, 25. Vanderson Silva, 4. Tərzin Cahangirov, 6. Vadim Abdullayev, 22. Miloş Bosançiç, 27. Bəxtiyar Soltanov, 8. Elşən Abdullayev, 9. Marko Deviç.
Qeyd edək ki, Antalya toplanışında daha öncə Türkiyə “Eskişehirspor”unu 1:0 hesabı ilə məğlub edən "Sabah" Qazaxıstan “Tobol”u ilə heç-heçə edib - 2:2.