
UEFA Gənclər Liqasında finalçılar müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, həlledici qarşılaşmaya İngiltərənin "Çelsi" və Portuqaliyanın "Portu" komandaları vəsiqə qazanıb. "Portu" yarımfinalda Almaniya "Hoffenhaym"ını darmadağın edib. "Çelsi" isə İspaniya "Barselona"sını əsas vaxtı 2:2 hesabı ilə nəticələnən qarşılaşmanın penaltilər seriyasında üstələyib - 5:4.
Qeyd edək ki, final matçı aprelin 29-da İsveçrənin Nyon şəhərindəki "Kolovre" stadionunda keçiriləcək.