UEFA "Alanyaspor" komandasının futbolçusu Yosef Şuralın ölümü ilə bağlı ailəsinə və dostlarına başsağlığı verib.
Sportnet.az xəbər verir ki, qurum bu barədə rəsmi "Twitter" hesabı vasitəsi ilə bildirib. UEFA çexiyalı hücumçunun ölümünü dəhşətli faciə adlandırıb.
Qeyd edək ki, "Alanyaspor"un avtobusu "Kayserispor"la XXX tur qarşılaşmasından qayıdarkən aşıb. Nəticədə Yosef Şural ciddi xəsarət aldıqdan sonra xəstəxanaya yerləşdirilsə də dünyasını dəyişib. Daha 6 futbolçu da hadisə nəticəsində yaralanıb.