"Beşiktaş" klubunun futbolçuları Türkiyə Super Liqasının XXXI turunda "Qalatasaray"ı səfərdə məğlub edəcəkləri təqdirdə böyük məbləğdə mükafat alacaqlar.
Sportnet.az "NTV Spor"a istinadən xəbər verir ki, klub rəhbərliyi İstanbul derbisində qalibiyyətə görə hər oyunçuya 100 min lirə ödəyəcək. Bundan başqa, XXVIII tur çərçivəsində evdə "Başakşehir"i üstələdikləri üçün nəzərdə tutulan 60 min lirə mükafat "Qalatasaray"la oyun ərəfəsində futbolçuların hesablarına köçürüləcək.
Qeyd edək ki, 34 turdan ibarət Türkiyə Super Liqasında 62 xala malik "Başakşehir" liderdir. "Üçlük"də yer alan "Qalatasaray"ın 60, "Beşiktaş"ın 59 xalı var.