İtaliya C Seriyasında çıxış edən “Montsa” futbol klubunun sahibi Silvio Berluskoni əməliyyat olunub.
Sportnet.az-ın məlumatına görə, 82 yaşlı funksioner bağırsağındakı problemlə əlaqədar cərrahi müdaxiləyə ehtiyac duyub. Əməliyyat uğurla keçib və Berluskonu yaxın günlərdə evə buraxılacaq.
O, şəxsi "Facebook" hesabı vasitəsilə səhhəti barədə paylaşım da edib: "Diqqətinizə və çoxlu sayda mesajlarınıza görə təşəkkür edirəm. Yaxşı vəziyyətdəyəm və seçki kampanniyasına hazıram".
Qeyd edək ki, Silvio Berluskoni 1986 - 2017-ci illərdə ölkənin digər klubu “Milan”ın sahibi olub. Onun dövründə klub 8 dəfə İtaliya çempionuluğunu və 5 dəfə Çempionlar Liqasını qazanıb. Berluskoni klubu 2017-ci ildə 860milyon dollara çinli investorlara satıb. “Montsa” hazırda C Seriyasında çıxış edir. Berluskoni həmçinin Avropa Parlamenti seçkilərində iştirak edəcəyini açıqlayıb.