İngiltərənin “Liverpul” klubunun futbolçusu Nabi Keyta mövsümü erkən başa vurub.
Sportnet.az “Liverpool Echo”ya istinadən xəbər verir ki, Çempionlar Liqasının yarımfinalında İspaniyada “Barselona”ya 0:3 hesabı ilə uduzduqları oyunun 24-cü dəqiqəsində zədələndiyi üçün əvəzlənən qvineyalı yarımmüdafiəçinin problemi ciddidir.
Qasıq zədəsi alan 24 yaşlı oyunçunun bir neçə həftə meydana çıxa bilməyəcəyi bildirilir.
Qeyd edək ki, Keyta cari mövsümdə “Liverpul”un heyətində 3 oyuna 1 qol vurub.