
"Neftçi” Topaz Premyer Liqasının 28-ci turunda qarşılaşacağı "Qarabağ”la oyunun hazırlığına start verib.
Sportnet.az xəbər verir ki, "Qəbələ” ilə səfər matçından sonra birgünlük fasiləyə buraxılan komandamız bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.
Hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlıq sabah bir məşqlə davam edəcək.