Ukraynanın "Dinamo" (Kiyev) klubu baxışa 17 yaşlı futbolçu Hüseyn Cəfərovu cəlb edib.
Sportnet.az-ın "Dinamomaniya"ya istinadən məlumatına görə, yeniyetmə yarımmüdafiəçinin həm Azərbaycan, həm də Rusiya vətəndaşlığı var. O, əvvəllər "Rubin"də baxışda olub, əsas komandada da məşqlərə qatılıb və hətta yoldaşlıq görüşlərində forma geyinib.
Bunadək isə Cəfərov yalnız həvəskar səviyyədə Sankt-Peterburqda, habelə, çimərlik futbolu oynayıb.