İngiltərə "Tottenhem"i Londonu Çempionlar Liqasının finalında təmsil edəcək üçüncü klub olub.
Sportnet.az xəbər verir ki, əvvəllər belə nailiyyətə paytaxtın "Arsenal" və "Çelsi" komandaları da imza atıb. "Tottenhem" Hollandiya "Ayaks"ını səfər qolları sayəsində (0:1, 3:2) üstələyərək, tarixində ilk dəfə yüksəldiyi finalda İngiltərənin digər təmsilçisi "Liverpul"a rəqib olub.
Qeyd edək ki, indiyədək heç bir şəhərin 3 komandası Çempionlar Liqasının finalına vəsiqə qazana bilməyib.