Massimiliano Alleqri yaxın vaxtlarda İtaliyanın "Yuventus" futbol komandasının baş məşqçi postunu tərk edəcək.
Sportnet.az-ın "Sport Mediaset"ə istinadən verdiyi məlumata görə, 52 yaşlı mütəxəssislə klub prezidenti Andrea Anyelli transfer kampaniyasının müzakirəsi zamanı belə qərara gəliblər.
Alleqrini Fransa PSJ-si variantının maraqlandırdığı bildirilir. Onun əvəzləməyə namizəd kimi Antonio Konte göstərilir. "İnter" variantı da olan Konteni Turin klubunun vitse-prezidenti Pavel Nedved də dəstəkləyir.
Qeyd edək ki, Massimiliano Alleqri "Yuventus"a 2014-cü ildə baş məşqçi təyin olunub. O, ötən müddətdə 5 dəfə İtaliya çempionluğu, 4 dəfə ölkə kubokunu və 2 dəfə Superkuboku əldə edib. Alleqri İtaliyada ardıcıl 4 mövsüm "qızı dubl" edən ilk baş məşqçidir.