16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Minsk şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib Belarus yığması olub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Azərbaycan yığmasından yeganə qolu Nisrin Zeriul vurub.