
İngiltərənin "Çelsi" klubu futbolçusu David Luislə müqaviləni uzadıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, braziliyalı müdafiəçi ilə yeni sözləşmə 2021-ci ilin yayınadək nəzərdə tutulub.
32 yaşlı oyunçu "Çelsi"yə 2011-ci ilin yayında Portuqaliya "Benfika"sından keçib. 2014-cü ildə o, Fransa PSJ-sinə üz tutsa da, iki il sonra "Stemford Bric"ə qayıdıb. David Luis London komandasında 246 oyuna 18 top vurub.