
“Zirə” klubu tarixində 75-ci qələbəsini qazanıb.
Sportnet.az xəbər verir ki, bu yubiley Azərbaycan Premyer Liqasının XXVIII turunun “Sabah”la səfər matçına təsadüf edib. “Əlincə Arena”da üç cavabsız qol vuran “qartallar” bütün turnirlərdə ümumilikdə keçirdiyi 168-ci matçda 75-ci dəfə qalib gəlib.
2014-cü ildə yaranan klub bu müddətdə 42 dəfə öz meydanında, 33 dəfə səfərdə qələbə qazanıb. “Zirə” Premyer Liqada 47, Azərbaycan Kubokunda 7, UEFA Avropa Liqasında 2, I Divizionda 19 dəfə qalib gəlib.