"Səbail" klubu kapitanı Rahid Əmirquliyevlə müqavilə müddətini uzadıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı yarımmüdafiəçi ilə bir illik sözləşmə əldə olunub. Əmirquliyev bu komanda ilə ilk dəfə 2018-ci il mayın 26-da Ağabala Ramazanovla birgə anlaşıb. Ramazanov klubda mövsümün futbolçusu seçilib.
Qeyd edək ki, "Səbail" 2018/2019 mövsümünü bürünc medalla başa vuraraq, Avropa Liqasına vəsiqə qazanıb.