İspaniyanın "Real Madrid" klubu Fransa "Lion"unun 15 yaşlı futbolçusu Rayan Çerki ilə maraqlanır.
Sportnet.az-ın "Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, "kral klubu" yeniyetmə hücumçunu 12 milyon avroya almağa hazırdır. İstedadlı oyunçuya İtaliya "Milan"ı ilə İngiltərə təmsilçisi "Çelsi"dən də maraq göstərilib. Lakin onlara qətiyyətlə "yox" cavabı verilib. "Lion"un prezidenti Jan-Mişel Ola Çerki ilə müqaviləni uzatmaq niyyətindədir. Hazırkı sözləşmə 2020-ci ilin yayınadəkdir.
FIFA qaydalarına əsasən, oyunçunun Avropa İttifaqına üzv olan digər ölkənin klubuna keçid imkanı 16 yaşında yarana bilər. Çerki bu yaşına bu il avqustun 17-də çata biləcək. O, UEFA tarixində Gənclər Liqasında qol vurmuş ən gənc futbolçu sayılır.