İtaliyanın "Roma" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az-ın "Football Italia"ya istinadən məlumatına görə, bu, hazırda "Atalanta"ya rəhbərlik edən Can Pyero Qasperinidir. 61 yaşlı mütəxəssis "canavarlar"la işləməyə razılıq verib. O, mövsümün sonunda paytaxt komandasını tərk edəcək Klaudio Ranyerini əvəzləyəcək. Qasperini 3 illik müqaviləyə imza atacaq və bonuslar nəzərə alınmamaqla, ildə 2,5 milyon avro qazanacaq.
İtaliya A Seriyasında 36 turdan sonra "Atalanta" 65 xalla 4-cü yeri tutur, "Roma" isə 62 xalla 6-cıdır.
Qeyd edək ki, Can Pyero Qasperini əvvəllər "Krotone, "Cenoa", "İnter" və "Palermo"da çalışıb.