İngiltərənin “Çelsi” klubu UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunundan sonra futbolçusu Olivye Jiru ilə müqavilənin müddətini uzadacaq.
Sportnet.az “Telefoot”a istinadən xəbər verir ki, adətən, 30 yaşdan yuxarı oyunçularla 1 illik müqavilə bağlayan London təmsilçisinin 32 yaşlı forvardla 2020-ci ilin iyulunadək anlaşacağı gözlənilir.
Fransa yığmasının heyətində DÇ-2018-in qalibi olan Jiru çari mövsümdə “Çelsi”nin heyətində çıxış etdiyi 27 oyunda 2 qol vurub.
Mudialda çempionluq sevinci yaşayan digər fransalı futbolçu Nqolo Kante isə yay fasiləsində “Çelsi”nin tərk edə bilər.
“Mirror”un məlumatına görə, 28 yaşlı yarımmüdafiəçinin xidmətində Fransa PSJ-si maraqlıdır. Paris klubunun londonlularla 2023-cü ilin yayına qədər müqaviləsi olan Kanteyə cəlbedici təklif irəli sürəcəyi bildirilir.
Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda digər London təmsilçisi “Arsenal” ilə qarşılaşacaq.