İngiltərənin “Arsenal” klubu futbolçusu Henrix Mxitaryanı "Çelsi" ilə keçirəcəyi UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gətirməyəcək.
Sportnet.az xəbər verir ki, London təmsilçisi bununla bağlı rəsmi saytı vasitəsi ilə açıqlama yayıb. Bildirilir ki, qərar oyunçunun özü və ailəsi ilə məsləhətləşmələrdən sonra qəbul olunub.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma saat 23:00-da başlanacaq.