Almaniya Kubokunda "Bavariya" və "Leyptsiq" komandaları arasında final oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, Berlindəki "Olimpiaştadion"da təşkil olunmuş qarşılaşma Münhen təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Qolları 29-cu və 85-ci dəqiqələrdə Robert Levandovski, 78-ci dəqiqədə isə Kinqsli Koman vurub.
Bununla da "Bavariya" tarixində 19-cu dəfə ölkə kubokuna sahib olub. Bu klub daha əvvəl ölkə çempionluğu da əldə edib. 2009-cu ildə yaradılmış "Leyptsiq" isə ilk finalında darmadağın olub.