
"Bakı finala tamamilə hazırdır. Hər şey yaxşı səviyyədə təşkil edilib".
Sportnet.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksandr Çeferin Bakıda təşkil edilən mətbuat konfransında deyib.
- Dünən Bakıda Henrik Mxitaryan formasında azarkeş saxlanılıb.
- Mən ancaq konfransdan sonra xəbər tutmuşam. Bitdikdən sonra ətraflı məlumat veriləcək.
- Londondan Bakıya məsafə uzaqdır. Düşünmürsüz ki, bu azarkeşlər üçün problemdir?
- Məsafə ilə götürsən Bakıdan Dublinə də uzaqdır. Futbolun xəritəsini genişləndirmək lazımdır. Mən belə şeylərə qarşıyam. Futbol üçün məsafə olmamalıdr.
- Ermənistan mətbuatı yazır ki, Mxitaryan Azərbaycan üzərinə diplomatik hücum təşkil edə bildi və artıq estafeti erməni diplomatlara ötürüb. Siz bu nə deyə bilərsiz?
- Bu məsələni şərh etmək istəmirəm. Erməni mətbuatının yazdığı məni maraqlandırmır. Azərbaycan dövləti bütün təminatları verdi. Mxitaryanın şəxsi qərarı idi bura gəlməmək. Heç bir problem görünmürdü.