
Futbol üzrə Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Macarıstan kollektivi ilə üz-üzə gəlib. "Bakcell Arena"da təşkil olunmuş qarşılaşma qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesab 16-cı dəqiqədə açılıb. Villi Orban komandasını önə keçirib. Birinci hissə bu hesabla yekunlaşıb. Azərbaycan millisi ikinci yarıya istəkli başlasa da, görüşdəki ikici qolu da macarlar vurub. Villi Orban özünün və komandasının ikinci qoluna imza atıb. Bu qoldan sonra Mahir Emreli 69-cu dəqiqədə fərqlənməklə komandanı ümidləndirib. Lakin 2 dəqiqə sonra David Holman qonaqların 3-cü qolunu vurub. Seçmə mərhələdə 3 oyun keçirən Macarıstan bu nəticədən sonra 6-cı xalını qazanıb. Azərbaycan isə hər iki qarşılaşmadan məğlub ayrılıb. E qrupunun digər oyununda Xorvatiya Uelsi 2:1 hesabı ilə üstələyib. Bu nəticələrdən sonra Xorvatiya və Macarıstan 6 xalla birinci ikinci yerləri bölüşdürür. Uels və Slovakiyanın isə hərəyə 3 xalı var. Azərbaycan isə sıfır xalla sonuncudur.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də Bakıda Slovakiyanı, Macarıstan isə Uelsi qəbul edəcək.p>
Bu gün futbol üzrə Azərbaycan milli komandası AVRO-2020 seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv "Bakcell Arena"da Macarıstan yığmasını qəbul edəcək. Qarşılaşmanı Kevin Blomun başçılıq etdiyi hollandiyalı hakimlər briqadası idarə edəcək.
Bu milli komandanın E qrupunda ikinci, macarların isə üçüncü oyunu olacaq. Qonaqlar ilk matçda səfərdə Slovakiyaya 0:2 hesabı ilə uduzub. Növbəti oyununda isə Marko Rossinin baş məşqçilik etdiyi kollektiv evdə gözlənilmədən Xorvatiyaya qalib gəlib - 2:1. Nikola Yurçeviçin komandası isə ilk qarşılaşmada Zaqrebdə Xorvatiyaya məğlub olub - 1:2.
Yığmanın heyətində Eddi İsrafilov komandaya dəvət olunsa da, zədə səbəbindən qarşılaşmada iştirak etməyəcək. Macarıstanda isə Tamaş Kadar, Barnabaş Bese, Donat Joter zədəlidir.
Qrupun digər matçında Xorvatiya Uelsi qəbul edəcək. Azərbaycan millisi bu oyundan 3 gün sonra Slovakiyanı, Macarıstan isə Uelsi qəbul edəcək.
AVRO-2020
Seçmə mərhələ, III tur
8 iyun
20:00. Azərbaycan - Macarıstan - 1:3
Qol: Mahir Emreli, 69 - Villi Orban, 18. 53. David Holman, 71
Baş hakim: Kevin Blom Baş hakimin köməkçiləri: Bas van Dongen, Johan Balder Dördüncü hakim: Serdar Gözübüyük (hamısı Hollandiya)
"Bakcell Arena"