Azərbaycan milli komandasının sabiq futbolçusu Saşa Yunisoğlu maddi problemlərlə üzləşdiyinə dair söz-söhbətlərə aydınlıq gətirib.
Ötənlərin tanınmış müdafiəçisi Sportnet.az-a açıqlamasında heç bir çətinliyinin olmadığını bildirib.
"Bilmiram kim deyir belə şeyləri. Amma bu, o deməkdir ki, məni düşünənlər var, yadlarından çıxmamışam. Əlbəttə, futbolçu olanda və futboldan sonrakı həyatda fərq var. Amma şükür Allaha, hər şey normaldır. Heç bir çətinliyim yoxdur. Futbol oynayarkən yungulvari şəraiti qura bilmişik" deyə Yunisoğlu vurğulayıb.
Veteran futbolçu yenə eyni sahədə olduğunu və Azərbaycan futboluna xidmət etdiyini diqqətə çatdırıb: "Futbol Akademiyamızı açmışıq, 100-dək tələbəmiz var. Məşqçilik kurslarında oxuyuram. Bəzi klublardan da təkliflər var ki, aşağı yaş qruplarda məşqçi kimi faəliyyət göstərim. Futbol bizim həyat tərzimizdır. Artıq futbolsuz həyatımı görmürəm. Amma bundan əlavə, bəzi şəxsi işlərim var. Yəni, həyat davam edir və hər şey normaldir".