"Qəbələ" Azərbaycan Premyer Liqasının I turunda "Sumqayıt"la keçirəcəkləri ev oyununa itkilərlə çıxacaq.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib. 39 yaşlı mütəxəssis bildirib ki, əyalət təmsilçisinin yeni heyətinə qatdığı hücumçu Kristian Kouakou və sol cinah müdafiəçisi Yusif Nəbiyevin sözügedən qarşılaşmada zədə səbəbindən iştirak etməyəcəyi dəqiqləşib.
Qurbanov digər hücumçular - Ülvi İsgəndərov və Davit Volkovun durumuna isə oyun günü aydınlıq gələcəyini söyləyib.
Avropa Liqasının II təsnifat mərhələsində Gürcüstanda "Dinamo" ilə cavab matçında (0:3) zədələnən müdafiəçi İvitsa Juniç isə təxminən iki aya yaxın yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, avqustun 17-də saat 1Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq.