Premyer Liqanın III turunda “Zirə” ilə oyun (1:1) "Sabah"ın yarımmüdafiəçisi Amadu Diallo üçün əlamətdar olub.
Sportnet.az xəbər verir ki, oyunda hesabı açan qvineyalı futbolçu paytaxt təmsilçisinin heyətində ilk qoluna imza atıb. Amadu komandadakı ilk qolu və “Zirə” ilə matçla bağlı klubun mətbuat xidmətinə açıqlama verib.
“Qələbə qazana biləcəyimiz oyun idi. İlk hissədə yaxşı oynadıq, hesabı açdıq. Lakin ikinci hissədə geri çəkildik. Bundan sonra “Zirə” ardıcıl hücumlar etməyə başladı və sonda hesabı bərabərləşdirdi. Çox təəssüf edirəm. İlk qələbəmizi qazanmağımız bizim üçün çox yaxşı olardı. “Sabah”da ilk qolumu vurduğum üçün xoşbəxtəm, lakin sonda qələbə qazansaydıq, daha yaxşı olardı”.