Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində VI tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 3 qrupda 8 görüş keçirilib. F və J qruplarında 3, D qrupunda isə 2 qarşılaşma oynanılıb.
Gecənin sensasiyası Ermənistan və Yunanıstanda qeydə alınıb. Bosniya və Herseqovina millisi Yerevanda 2:4 hesabı ilə uduzduğu üçün baş məşqçi Robert Prosineçki istefa verib. Ellada təmsilçisi isə evdə Lixtenşteynlə bacarmayıb.
D qrupu
20:00. Gürcüstan - Danimarka - 0:0
20:00. İsveçrə - Cəbəllütariq - 4:0
Qollar: Denis Zakariya, 37. Admir Mehmedi, 43. Rikardo Rodriges, 45+4. Mario Qavranoviç, 87
Xal durumu: İrlandiya – 11 (5 oyuna), Danimarka - 9 (5), İsveçrə - 8 (4), Gürcüstan – 4 (5), Cəbəllütariq – 0 (5).
F qrupu
20:00. Rumıniya - Malta - 1:0
Qol: Corce Puşkaş, 47
22:45. İspaniya - Farer adaları - 4:0
Qollar: Rodriqo, 13; 50. Pako Alkaser, 90; 90+3
22:45. İsveç - Norveç - 1:1
Qollar: Emil Forsberq, 60 - Stefan Yohansen, 45
Xal durumu: İspaniya – 18 (6 oyuna), İsveç – 11 (6), Rumıniya – 10 (6), Norveç - 9 (6), Malta - 3 (6), Farer adaları - 0 (6)
J qrupu
17:00. Ermənistan - Bosniya və Herseqovina - 4:2
Qollar: Henrix Mxitaryan, 3; 66. Hovannes Ambartsumyan, 77. Stipe Lonçar, 90+5 - Edin Ceko, 13. Amer Qoyak, 70
22:45. Finlandiya - İtaliya - 1:2
Qollar: Teemu Pukki, 72 (pen.) - Çiro İmmobile, 59. Jorjinyo, 79 (pen.)
22:45. Yunanıstan - Lixtenşteyn - 1:1
Qollar: Giorqos Masuras, 33 - Dennis Salanoviç, 85
Xal durumu: İtaliya – 18 (6 oyuna), Finlandiya – 12 (6), Ermənistan – 9 (6), Bosniya və Herseqovina – 7 (6), Yunanıstan – 5 (6), Lixtenşteyn – 1 (6).