
"İstəkli idik. Çalışdıq, əlimizdən gələn bu idi. İstəyimiz alınmadı". Sportnet.az xəbər verir ki, bu fikirləri Azərbaycanın U-21 millisinin qapıçısı Kamran İbrahimov Gürcüstana uduzduqları (0:3) AVRO-2021-in seçmə oyunundan sonra jurnalistlərə açıqlamasında deyib. Sözügedən qarşılaşmada xəsarət alaraq meydanı tərk edən 20 yaşlı qolkiu zədəsinin ciddi olmadığını vurğulayıb: "Oyun vaxtı isti-isti idi. Barmağımı tərpədə bilmirdim. Komandaya kömək edə bilməyəcəyim üçün əvəzləndim". İbrahimov komanda yoldaşı Hacıağa Hacılının haqsız yerə meydandan qovulduğunu söyləyib: "Onun aldığı birinci sarı vərəqə düzgün deyildi. Hakim hər qayda pozuntusuna sarı vərəqə verirdi. Qırmızı vərəqənin matça yetəri qədər təsiri oldu".