
Azərbaycan Premyer Liqasında VII turun "Səbail" komandası ilə oyununa "Neftçi" itki ilə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, kapitan Emin Mahmudov "Qəbələ" ilə hazırda davam edən matç zamanı mövsümdə 4-cü sarı vərəqəni alıb. Bununla da təcrübəli yarımmüdafiəçi cəzalı duruma düşüb.
Qeyd edək ki, oktyabrın 5-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Səbail" matçı saat 19:15-də başlanacaq.