Kiprin APOEL futbol komandasının baş məşqçisi Tomas Doll istefaya göndərib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Dolla komandanı öncə Avropa Liqasının qrup mərhələsinə, daha sonra 1/16 finala çıxardığı üçün minnətdarlıq ifadə olunub.
Təcrübəli baş məşqçi APOEL-i köməkçiləri ilə birgə tərk edib. Komandaya rəhbərlik müvəqqəti olaraq, Lukas Hatziloukasa tapşırılıb.
Qeyd edək ki, APOEL öncə "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində (1:2, 2:0), ardından Avropa Liqasının qrup mərhələsində (2:2, 2:1) qarşısını kəsib. Hazırda bu klub Kipr çempionatında 9 matçdan 18 xalla 4-cü pillədə qərarlaşıb. Lakin komandanın ehtiyatda 3 oyunu var.