"Qarabağ" Futbol Klubunun prezidenti Abdolbari Goozal bu gün əsas komandanı ziyarət edib.
Sportnet.az klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk olaraq komandanın baş məşqçisi Qurban Qurbanovla görüşən klub prezidenti ilə 2019-cu ildə qeydə alınan nəticələr müzakirə olunub, növbəti ildə istər ölkə çempionatında, istərsə də Avropada daha uğurlu nəticələrə inandığını bildirib.
Daha sonra komandayla görüşən Abdulbari Goozal "Qarabağ"ın Avropa və dünyada tanınan bir klub olduğunu bildirib və növbəti ildə daha uğurlu nəticələr gözlədiyini futbolçulara çatdırıb.
O, futbolçularla tək-tək görüşərək ölkə kubokunun 1/4 final mərhələsinin cavab matçında bu gün baş tutacaq "Keşlə"ylə oyunda uğurlar arzulayıb.
Qeyd edək ki, "Keşlə" - "Qarabağ" matçı saat 20:00-da başlayacaq. İlk görüşdə Ağdam klubu qələbə qazanıb - 1:0.