Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, rəqib “Alanyaspor”un müvafiq yaş qrupundan ibarət komandası olub. Qarşılaşma Samir Əliyevin baş məşqçi olduğu kollektivin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Mustafa Yıldırımın dubl etdiyi oyunda yığmanın digər qollarını Elçin Qasımov və Balamirzə Sultanov vurub.
Qeyd edək ki, U-19 növbəti yoxlama oyununu yanvarın 25-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.