
Ukrayna milli komandasının və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Aleksandr Əliyev gücünü boksda yoxlamağa qərar verib.
Sportnet.az-ın məlumatına görə, əslən azərbaycanlı keçmiş yarımmüdafiəçi "Döyüş" layihəsi çərçivəsində aktyor və model Nikita Vakulyukla döyüşəcək. Döyüşün reqlamenti 2 dəqiqəlik 3 raunddan ibarətdir. Döyüş mayın 29-da baş tutacaq.
Əliyev Kiyev "Dinamo”sunda çıxışı ilə məşhurdur. O, 2005 - 2010 və 2011 - 2013-cü illərdə bu komandanın şərəfini qoruyub və iki dəfə Ukrayna çempionluğu, bir dəfə ölkə kubokunu qazanıb. Əliyev peşəkar karyerasını 2018-ci ildə başa vurub.
Bundan əvvəl Ukrayna milli komandasının və Kiyev "Dinamo"sunun sabiq futbolçusu bildirib ki, paytaxt meri olmaq istəyir.