
Fransa "Monako"su futbolçusu Daniel Subaşiçlə yollarını ayırır.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi "Twitter" səhifəsi xəbər yayıb.
Xorvatiyalı qapıçı knyazlıq təmsilçisi ilə başa çatan müqaviləsini yeniləməməyə qərar verib.
Qeyd edək ki, 2012-ci ildən "Monako"da çıxış edən 36 yaşlı qolkiper bu komandanın heyətində 300-ə yaxın oyun keçirib.