Türkiyə milli komandasının və "Qalatasaray" klubunun sabiq futbolçusu Talat Özkarslı vəfat edib.
Sportnet.az-ın məlumatına görə, sabiq müdafiəçi 82 yaşında dünyasını dəyişib.
Karyerasına Qaziantepdə həvəskar komandada başlayan Özkarslı sonradan "Göztəpə", "Qaziantepspor" klublarında da çıxış edib. 1961-ci ildə "Qalatasaray"a transfer olunmuş mərhum futbolçu sarı-qırmızı forma ilə 4 dəfə Türkiyə çempionluğuna və 4 dəfə ölkə kubokuna yiyələnib.
O, milli komanda formasını 2-si kaptanlıq olmaqla, 26 dəfə geyinib.