Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov "Ertsgebirge"nin heyətində Almaniyanın II Bundesliqasında XXXII tur matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, "bənövşəyilər" "Bohum"u qəbul edib. Aue şəhərindəki "Şparkassen" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Meydana start heyətdə çıxan Nazarov 73-cü dəqiqədə sarı vərəqə alıb və 90+5-ci dəqiqədə yerini Neqos Kupusoviçə verib. Serbiyalı hücumçu cəmi 1 dəqiqə sonra komandasının təsəlli qolunu vurub. Gərgin keçən görüşü tərəflər 10 oyunçu ilə başa vurmalı olublar.
Bu nəticədən sonra xalını 45-ə çatdıran "Bohum" 7-ci, "Ertsgebirge" isə 41 xalla 10-cu pillədə qərarlaşıb.