"Zaltsburq" komandası ardıcıl 7-ci, tarixində isə 14-cü dəfə Avstriya çempionu olub.
Sportnet.az xəbər verir ki, "öküzlər" Bundesliqanın XXX tur qarşılaşmasında "Hartberq"i darmadağın edib - 3:0. Bununla da qızıl medallar sona 3 tur qalmış sahibini tapıb. Hazırda 44 xalla birinci yerdə gedən "Zaltsburq" 35 xala malik ən yaxın izləyicisi "Rapid"i şəxsi göstəricilərdə də üstələyir.
Qeyd edək ki, daha əvvəl "Qarabağ" da ardıcıl 7-ci çempionluğunu rəsmiləşdirib.