
Argentina prezidenti Alberto Fernandes İspaniya "Barselona"sının prezidenti Lionel Messidən karyerasını vətəni Argentinadakı "Nyuells Old Boyz" klubunda bitirməyi xahiş edib.
Sportnet.az xəbər verir ki, Fernandes 33 yaşlı hücumçunun bütün argentinalıların qəlbində olduğunu bildirib. O, Messsini öz vətəndə çıxış etməyəcəyindən ehtiyatlandığını vurğulayıb: "Bizə məmnunluq yaşat və karyeranı "Nyuells Old Boyz"da bitir".
Qeyd edək ki, avqustun 25-də Lionel Messinin "Barselona" ilə müqaviləsini pozmaq istədiyinə dair xəbər yayılıb. Təcrübəli forvardın İngiltərənin "Mançester Siti" komandasına keçmək istədiyi bildirilir. Onunla İtaliyanın "İnter" və "Yuventus", eləcə də Fransanın PSJ klubları maraqlanır. Bu gün Messi "Barsa"nın düşərgəsinə test verməyə gəlməyib.