Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün son matçında "Zirə" "Keşlə"ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Zirə"nin qollarını 30-cu dəqiqədə Dmitrios Çantakias, 60-cı dəqiqədə isə Ağabala Ramazanov vurub.
74-cü dəqiqədə isə "Zirə"nin digər legioneri Klesio Bauk avtoqol müəllifi olub. Mozambikli oyunçu 90+4-cü dəqiqəsində isə rəqib qapısına yol tapıb.
Qələbə sayəsində xallarının sayını 18-ə çatdıran qəsəbə təmsilçisi 2-ci pilləyə yüksəlib. "Keşlə" isə 12 xalla 5-cı sırada qərarlaşıb.
Qeyd edək ki, günün ilk matçında "Neftçi" "Qəbələ"ni səfərdə 4:1 hesabı ilə məğlub edib.İlk oyun günündə "Qarabağ" "Sumqayıt"ı 6:1 hesabı ilə məğlub edib. Tura noyabrın 23-də "Sabah" - "Səbail" görüşü ilə yekun vurulacaq.
_____________________
Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında "Qəbələ" "Neftçi"ni qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hesab 38-ci dəqiqədə açılıb. Anton Krivotsyuk qonaqları önə keçirib. Cinah müdafiəçisi 51-ci dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. 57-ci dəqiqədə Namiq Ələsgərov fərqi daha da artırıb. 3 dəqiqə sonra "Qəbələ"nin heyətində Yusif Nəbiyev fərqlənib.
Bu, "Neftçi"nin yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında ilk oyunu olub. Flaqman qələbə sayəsində xallarının sayını 17-ə yüksəldib və ikinci sıraya qalxıb. "Qəbələ" isə 8 xalla 7-ci pillədədir.
Qeyd edək ki, günün digər matçında "Zirə" "Keşlə"ni qəbul edəcək. İlk oyun günündə "Qarabağ" "Sumqayıt"ı 6:1 hesabı ilə məğlub edib. Tura noyabrın 23-də "Sabah" - "Səbail" görüşü ilə yekun vurulacaq.
_______&&____________________________
Bu gün Azərbaycan Premyer Liqasında X turun daha 2 görüşü keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə "Neftçi" arasında olacaq. Flaqman yeni baş məşqçisi Samir Abasovun rəhbərliyi altında ilk oyununa çıxacaq.
9 oyundan 14 xal toplayan "ağ-qaralar" 4-cü sırada qərarlaşıblar. Əyalət təmsilçisi isə 8 xalla 7-ci pillənin sahibidir. Komandalar indiyədək ölkə çempionatında 48 dəfə üz-üzə gəliblər. Paytaxt klubu bu görüşlərin 22-də qələbə qazandığı halda, "qırmızı-qaralar" 16 dəfə 3 xala seviniblər. 10 matçda isə heç-heçə qeydə alınıb.
Vurulan qolların sayında da qonaqlar üstündür - 68:59. “Neftçi” ardıcıl 13 oyunda meydanı qolsuz tərk etməyib. “Qəbələ” son üç ev qarşılaşmasında xal qazana bilməyib.
Günün digər matçı isə Zirədə baş tutacaq. 15 xalla 3-cü sırada olan qəsəbə təmsilçisi "Keşlə" ilə münasibətlərinə aydınlıq gətirəcək. Rəqibindən 3 xal geri qalan Yunis Hüseynovun başçılıq etdiyi kollektiv 5-ci pillədə yer alıb. Bunadək 20 dəfə qarşılaşmış komandaların duelində hər iki tərəf 6 qalibiyyət alıb. 8 oyun bərabərliklə nəticələnib. Meydan sahiblərinin 23 qoluna qonaqlar 24 topla cavab veriblər. Son 3 qarşılaşmada 4 və ya daha çox qol vurulub. “Zirə” evdə son iki matçda qalib gəlib.
22 noyabr (bazar)
Azərbaycan Premyer Liqası
X tur
14:00. “Qəbələ” – “Neftçi” - 1:4
Qol: Yusif Nəbiyev, 60 - Anton Krivotsyuk, 38; 51. Namiq Ələsgərov, 57. Prins İbara, 90+3
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu.
16:00. “Zirə” – “Keşlə” - 3:1
Qol: Dmitrios Çantakias, 33. Ağabala Ramazanov, 60. Klesio Bauk, 90+4 - Kelsio Bauk, 74
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" "Sumqayıt"ı 6:1 hesabı ilə məğlub edib. Tura noyabrın 23-də "Sabah" - "Səbail" görüşü ilə yekun vurulacaq.