AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib.
Sportnet.az məlumatına görə, toplantı Bakı Olimpiya Stadionunda baş tutub.
Tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və Azərbaycan Premyer Liqasında çıxış edən klubların nümayəndələri iştirak edib.
İclasda əsas müzakirə mövzusu gənc futbolçuların əsgərlik və I Divizionun limit məsələsi olub.