
"Qarabağ"ın futbolçusu Kevin Medina cəzalı duruma düşüb.
Sportnet.az-ın məlumatına görə, buna kolumbiyalı müdafiəçinin "Sabah"la matçda sarı vərəqə görməsi səbəb olub. Bu, 29 yaşlı oyunçunun sayca 4-cü xəbərdarlığıdır.
Medina növbəti turda "Keşlə"yə qarşı matçı buraxacaq.
Qeyd edək ki, "Sabah" - "Qarabağ" görüşündə 2-ci hissə oynanılır və hesab qonaqların xeyrinədir - 4:0.