“Neftçi” futbol klubu yetirməsi Ömər Buludovla müqavilənin müddətini uzadıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sağ cinah müdafiəçisi 2024-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək.
Qeyd edək ki, 22 yaşlı futbolçu 2017/2018 mövsümündən “Neftçi”nin heyətində 74 rəsmi oyunda meydana çıxıb, 3 qola imza atıb.