
"Qəbələ" müqaviləsi başa çatan monteneqrolu futbolçusu Stefan Vukçeviçə yeni müqavilə təklif etməyə hazırlaşır.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a 24 yaşlı yarımmüdafiəçinin özü deyib.
Avropa ölkələrindən də təklif aldığını deyən oyunçu hələ qərar vermədiyini bildirib: "Hazırda istirahətdəyəm. Hələ heç nə dəqiq deyil. "Qəbələ" məni komandada saxlamaq üçün yeni müqavilə təklif etmək istəyir. Amma başqa variantlarım da var, gözləyirəm".
Qeyd edək ki, Stefan Vukçeviç ötən ilin avqustundan "Qəbələ"də çıxış edir.