UEFA prezidenti Aleksander Çeferin Avropa Super Liqası layihəsini dəstəkləyən İtaliyanın "Yuventus", İspaniyanın "Barselona" və "Real Madrid" klublarını tənqid edib.
Sportnet.az-ın məlumatına görə, sloveniyalı funksioner hər üç klubun davranışları ilə futbolu iflic etmələrini düzgün saymayıb. O, ən düzgün yolun dialoq olduğunu bildirib: "Yüzlərlə digər kluba qarşı "Yuventus", "Barselona" və "Real Madrid"in yaydıqları press-relizləri oxumaq təəccüblüdür. Onlar futbola dönüb-dönməmək istəklərini bildirməlidirlər. Superliqada oynamaq niyyətindədirlərsə, qoy, üçlükdə çıxış etsinlər".
Qeyd edək ki, Avropa Super Liqasını 12 klub yaratsa da, sonradan onların cəmi 3-ü qalıb.