
Milli komandaların oyunları ilə əlaqədar fasilədən yararlanan "Qarabağ" və "Zirə" komandaları yoxlama oyununda üz-üzə gəlib
Sportnet.az xəbər verir ki, görüş "Azersun Arena"da keçirilib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 32-ci dəqiqədə meydan sahiblərindən Xayme Romero açıb. Bundan cəmi 4 dəqiqə sonra qonaq komanda bərabərlik qolunu vurub.
Yoxlama oyunu
4 sentyabr
17:00. "Qarabağ" - "Zirə" - 1:1
Qollar: Xayme Romero, 32 - Ağabala Ramazanov, 33