Qəbələdə eyniadlı komanda ilə "Neftçi" arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVI tur matçında insident baş verib.
Sportnet.az-ın məlumatına görə, buna qonaq komandanın müdafiəçisi Mamadu Mbocun meydan sahiblərinin hücumçusu Fernan Lopesə qarşı sərt oynaması səbəb olub.
Epizoda görə etirazını bildirən ispaniyalı oyunçu rəqiblə mübahisə edib. Onların əlbəyaxa olmasına digər futbolçular imkan verməyiblər.
Qeyd edək ki, hazırda görüşdə fasilədir və hesab açılmayıb.