Fransanın "Lion" klubu sabiq futbolçusu Marselo Gedeslə qeyri-adi səbəbə görə yollarını ayırıb.
Sportnet.az "Sports.fr" nəşrinə istinadən xəbər verir ki, buna 35 yaşlı braziliyalı müdafiəçinin 2021-ci il avqustun 15-də "Anje"yə 0:3 hesabı ilə uduzduqları II tur oyunundan sonrakı hərəkəti səbəb olub.
Oyunçunun müqaviləsi paltardəyişmə otağında havanı korladığı üçün ləğv edilib. Marselo məğlub olmalarına baxmayaraq komanda yoldaşlarına da gülüb. Klubun idman direktoru Juninyo Pernambukano buna qəzəblənib və nalayiq hərəkətlərə görə onu komandadan uzaqlaşdırıb.
Qeyd edək ki, "Lion" rəsmi açıqlamada qərarın yekdilliklə qəbul edildiyini və futbolçunun paltardəyişmə otağında qeyri-etik hərəkət etdiyini bildirmişdi. Marselo yanvarın 28-də "Bordo"ya transfer olub. O, 2016/2017 mövsümündə Türkiyənin "Beşiktaş" klubunun formasını geyinib.