"Qarabağ" klubunun bəzi azarkeşləri "Sumqayıt"a qarşı keçirilən Azərbaycan Premyer Liqasının XVI turundan təxirə salınmış oyunda stadionu erkən tərk ediblər.
Sportnet.az-ın məlumatına görə, "İmarət" azarkeş qrupunun üzvləri 5-ci dəqiqədə tribunadan ayrılıblar. Polislərlə mübahisə edən fanatlar "Azarkeş heç vaxt terrorçu deyil" şüarı səsləndiriblər.
Azarkeş qrupu məsələ ilə bağlı bəyanat yayıb: "Könüllü olaraq tribunanı tərk etməyimizə səbəb azarkeşkərimizin olduğu sektora hər zamankından və digər sektorlardann daha çox polis əməkdaşının cəlb olunması, o cümlədən fanatların suni şəkildə provaksiyaya çəkilməsidir. “İmarət Azarkeş Qrupu” olaraq hazırkı həssas durumu nəzərə alaraq daha anlayışlı və qabaqlayıcı tədbirlər görülməsinin tərəfdarıyıq. “İmarət” ailəsinin tribunalarda və cəmiyyətdəki nüfuzunu qorumağa və adımızı daima dəyərli tutmağa davam edəcəyik".
Qeyd edək ki, "Qarabağ" hazırda 2:0 hesabı ilə öndədir.