"Qarabağ"ın futbolçusu Kadi Borges Yunanıstan və Macarıstan klublarından təklif alıb.
Sportnet.az-ın məlumatına görə, sözügedən ölkələrin yüksək liqasında çıxış edən 2 klub braziliyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Həmçinin, İsrail mətbuatı Beer-Şeva “Hapoel”inin 26 yaşlı oyunçu üçün Ağdam təmsilçisinə 400 000 avroluq təklif göndərdiyini yazıb.
Qeyd edək ki, Kadi Borqes ötən mövsüm 12 qolla Premyer Liqanın bombardiri olub. Onun “Qarabağ”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.