PSJ-nin və İsveç yığmasının üzvü Zlatan İbrahimoviç milli komandayla keçirdiyi məşqdən sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, İbra konfransda jurnalistləri hədəf alıb.
O, mətbuatın uydurma məlumatlar yazdığını bildirib: "Onlar məni aşağı çəkməyə çalışır. Məni nə İsveç, nə də Fransadakı mətbuat aşağı endirə bilməz. Çünki formamım zirvəsindəyəm və ən təpədəyəm. Zirvədə qalmağa davam edəcəm".
İbrahimoviç PSJ-dən ayrılacağı ilə bağlı Fransada yayılan xəbərlərə də aydınlıq gətirib: "Bütün bu iddialar yalandır. PSJ ilə müqaviləm var və komandadan ayrılmağı düşünmürəm".